Xəzər Xəbər

"Texnologiyalar bəşəriyyəti məhv edir" İXTİRAÇIDAN MARAQLI AÇIQLAMALAR

Texnologiya | 13:45 • 22 May 2018
"Texnologiyalar bəşəriyyəti məhv edir"

"Yaşadığımız dövr dayanmadan mədh etdiyiniz ən son texnologiyalar hesabına təhlükəli məkana çevrilib"

Bu sözləri Əpl ("Apple”) şirkətinin həmtəsisçisi, Stiv Voznyak deyib. Onun sözlərinə görə, texnologiyanın sürətlə irəliləməsi cəmiyyətdə insanların ümumi məxfi məlumatlarının da hər kəsə məlum olmasına gətirib çıxarıb:

"Misilsiz texnologiya məxfiliyimizi əlimizdən alıb. Sosial şəbəkələrdəki tətbiqlər vasitəsilə tanımadığımız insanların belə ətrafımızda, yaxınlığımızda olduğunu çox rahatlıqla öyrənə bilirik. Texnologiyalar bəşəriyyət üzərində qələbə çalıb. Müasir dünyada artıq məxfilik termini özünün həqiqi mənasını itirib, fərdi məlumatlarımız isə daim bu və ya başqa şərtlər altında təhlükədədir".

İnsanların müasir dövrdə şəxsi məlumat anlayışının da dəyişdiyini deyən Stiv Voznyak bunu rüsvayçılıq hesab edir. Texnologiyanın bu kimi nailiyyətlərini dəstəkləməyən ixtiraçı qeyd edib ki, o, şirkətin mühəndisi olanda vəziyyət tam başqa cür olub:

"Biz əvvəl insanları texnologiyalardan daha üstün tuturduq. Hər zaman sadiq qaldığımız xüsusi prinsiplərimiz mövcud olub. Bu isə insanların şəxsi məlumatlarına təsir etmirdi. Feysbuk ("Facebook”) sosial şəbəkəsi belə milyonlarla istifadəçisinin şəxsi məlumatlarının kənar strukturlara ötürülməsinə şərait yaradır"./publika.az

Xəbər lenti