Xəzər Xəbər

Rusiya şəbəkəyə "NotPetya" virusu yaymaqda ittiham olunur

Texnologiya | 16:23 • 16 Fevral 2018
Rusiya şəbəkəyə "NotPetya" virusu yaymaqda ittiham olunur

Böyük Britaniya və ABŞ-da yayılan kompüter virusundan sonra növbəti kiberhücumlar Avstraliyada qeydə alınıb.

Bu barədə mətbuata Avstraliyanın hüquq-mühafizə orqanları və kiber təhlükəsizlik məsələləri üzrə naziri Enqus Teylor məlumat verib. Jurnalistlərə açıqlama verən nazir qeyd edib ki, hökumət bu işdə bilavasitə Rusiyanı ittiham edir.

Belə ki, şəbəkəyə buraxılan "NotPetya" kompyuter virusu ötən ilin iyununda bir neçə ölkədə şirkətlərin "İT" sistemini sıradan çıxarıb. Virus daha çox Ukrayna hökümətinin gizli mənbələrini dağıdıb. Neft, energetika, telekommunikasiya və əczaçılıq şirkətlərinin, habelə dövlət orqanlarının kompyuterləri hücuma məruz qalıb.

Bu səbəbdən Rusiyanı sözügedən virusu yaymçaqda ittiham edən Avstraliyalı nazir bildirb ki, ABŞ-ın kiber təhlükəsizlik məsələləri üzrə səlahiyyətli şəxslərlə məsləhətləşdikdən sonra bu işdə Rusiya Federasiyasının əli olduğu qənaətindəyik:

"Bunu Avstraliya kəşfiyyat agentliklərinin informasiyasına əsaslanaraq deyirəm. ABŞ, eləcə də Birləşmiş Krallığın hökumət orqanları ilə geniş müzakirələr aparmışıq. Son olaraq qərara gəldik ki, Rusiya Federasiyası hadisə üçün məsuliyyətli olan cinayətkarları dəstəkləyib"./publika.az

Xəbər lenti