Xəzər Xəbər

127 min "Audi" avtomobili geri çağırılır

Texnologiya | 13:55 • 21 Yanvar 2018
127 min "Audi" avtomobili geri çağırılır

Almaniyanın Federal Avtomobil İdarəsi "V6 TDI" dizel yanacağı iləişləyən "V6 TDI" mühərrikli 127,8 min "Audi" markalı avtomobili icbari qaydada geri çağırmağı tapşırıb.

Xezerxeber.az "RİA Novosti"yə istinadən xəbər verir ki, buna səbəb CO2 tullantıları ilə bağlı qalmaqal olub.

Bildirilir ki, A4, A5, A6, A7, A8, Q5 və Q7 modellərində təmizləmə sisteminin qanunsuz söndürülmə mexanizmləri qeydə alınıb.

Bundan əlavə, 2017-ci ildən əvvəl istehsal olunan Audi A8 avtomobillərin satışına qadağa tətbiq edilməsi istisna olunmur.

Fevralın 2-dək "Audi" şirkət yaranmış çətinliklərin aradan qaldırılması üçün idarəyə təşəbbüslərini təklif etməlidir.

Xəbər lenti