Xəzər Xəbər

“Facebook Messenger” interfeysini yeniləyir

Texnologiya | 17:55 • 19 Yanvar 2018
“Facebook Messenger” interfeysini yeniləyir

Facebook Messenger”in interfeysi irimiqyaslı şəkildə yenilənəcək.

Life.ru saytına istinadən, bu barədə şirkətin vitse-prezidenti Devid Markus bildirib. Onun sözlərinə görə, əlavəni sadələşdirməyə ehtiyac var.

Bu il "Facebook Messenger” bir sıra faydasız funksiyalardan imtina edəcək. Əlavənin interfeysi isə daha səliqəli olacaq. Mümkündür ki, tərtibatçılar "Oyunlar” və "Histories” bölmələrini yığışdırsınlar. Həmçinin kamera üçün filtrlərin sayı da azaldılsın.

Şirkət istifadəçilərin əlavənin narahatlığına və həddən artıq yüklənməsi ilə bağlı məlumatlarına reaksiya verib. Əlavə bu il çoxfunksiyalılığa deyil, daha praktiki olmasına üstünlük verəcək.

Xəbər lenti