Xəzər Xəbər

Smartfon istifadəçiləri ən çox hansı brauzerdən istifadə edirlər?

Texnologiya | 17:41 • 21 Noyabr 2017
Smartfon istifadəçiləri ən çox hansı brauzerdən istifadə edirlər?

"Androidpolice" nəşri ən populyar brauzeri müəyyənləşdirmək məqsədilə öz oxucuları arasında sorğu keçirib. Nəşr beş brauzerdən birinə səs verməyi təklif edib: "Samsung Internet" (Browser), "Mozilla Firefox", "Opera Mini/Mobile", "Safari" və "Google Chrome".


AZƏRTAC "planet-today.ru" saytına istinadla xəbər verir ki, rəyi soruşulanların 63 faizi "Google Chrome" brauzerinə üstünlük verib. "Samsung Internet" brauzeri səslərin sayına görə ikinci yeri tutub. 12 faiz səs toplamış "Firefox" brauzeri də ilk üçlükdə qərarlaşıb.


Əslində bütün veb-brauzerlər funksionallığına görə bir-birini, demək olar, təkrarlayır. Ancaq bəzi fərdi xüsusiyyətlər, məsələn, interfeysin yüngüllüyü brauzeri istifadəçilər üçün daha cəlbedici edir.

Xəbər lenti