Xəzər Xəbər

Facebook-un sahibi kərtənkələdir? - FOTO

Texnologiya | 15:13 • 20 Sentyabr 2017
Facebook-un sahibi kərtənkələdir? -

Populyar mikrobloqer "Mr Patriarch™" Facebook sosial şəbəkəsinin banisi və sahibi Mark Zukerberqin cins şalvarına diqqət yetirib.


Milli.Az bildirir ki, şalvar, sanki, milyarderin dizlərinin geri qatlandığını göstərən effekt yaradıb.


Bloqer hesab edir ki, Zukerberq reptiloid, yəni kərtənkələdir.


"Mr Patriarch™"ın versiyasını sosial şəbəkələrdə minlərlə insan paylaşıb və dəstəkləyib.


2016-cı ildə M.Zukerberq onlayn olaraq sualları cavablayanda Facebook istifadçilərindən biri onun kərtənkələ olması ilə bağlı şayiələri cavablamasını istəmişdi.


Zukerberq bu sualı eşidəndə başını yelləmiş, susmuşdu.

Xəbər lenti