Xəzər Xəbər

Ekspertlər yeni “iPhone”lara qiymət verib

Texnologiya | 15:09 • 20 Sentyabr 2017
Ekspertlər yeni “iPhone”lara qiymət verib

Məşhur texnoloji saytlar –"The Verge”, "TechCrucnch”, "Engadget”, CNET və digərlərinin ekspertləri yeni "iPhone 8” və "iPhone 8 Plus” smartfonlarına qiymət veriblər.

 

İKT.lent.az-ın xəbərinə görə, mütəxəssislər yeni modellərin dinamiklərini və kameralarının bəzi funksiyalarını çox yüksək qiymətləndiriblər. "Yenilənmiş stereodinamiklər çox yaxşıdır və 25% daha yüksək səslənir. Hətta musiqi axınlarının bölünməsini eşitmək mümkündür ki, bu da heyrətləndiricidir”, - deyə "The Verge” təmsilçisi bildirib.  

 

Kameralarla bağlı rəylər isə mübahisəli olub. Bəzi ekspertlər bu qərara gəlib ki, əvvəlki modellərlə ciddi fərq yoxdur. "Foto zəif işıqlandırma şəraitində yaxşı alınsa da, mən "iPhone 7”dən çox böyük fərq görmədim”, - deyə CNET nümayəndəsi söyləyib. "The Verge” eksperti isə hesab edir ki, "iPhone 8”in kamerasının bəzi funksiyaları müsbət mənada insanları təəccübləndirəcək: "Kamerada və ümumən smartfonun sürətində yaxşılaşdırmalar nəzərə çarpır”.

 

Bəzi mütəxəssislər yeni "iPhone”ların şüşəsinin deyildiyi qədər möhkəm olmadığı qənaətinə gəlib. "Şirkət bildirir ki, şüşə heç vaxt olmadığı qədər etibarlıdır. Lakin mənim "iPhone 8 Plus”ım artıq cızılıb.  Halbuki mən onu sadəcə, cibimdə gəzdirirdim”, - deyə "The Verge” nümayəndəsi qeyd edib.

Xəbər lenti