Xəzər Xəbər

Qızıl “iPhone X” satışa çıxarılacaq - qiyməti 7,4 min dollar təşkil edəcək

Texnologiya | 14:13 • 19 Sentyabr 2017
Qızıl “iPhone X” satışa çıxarılacaq -

Qurğuların qeyri-adi dizaynının hazırlanmasında ixtisaslaşan "Brikk” Amerika istehsalçısı qızıldan düzəldilən "iPhone X” smartfon modeli üçün ilkin sifarişlərin qəbuluna başlayıb.


AZƏRTAC xəbər verir ki, şirkətin məlumatına görə, yeni smartfonun ümumilikdə beş kolleksiyasının buraxılacağı bildirilir. Onların birincisi - "Lux iPhone X Mono” arxa tərəfi naxışlı şüşə ilə istehsal ediləcək, smartfonun yan elementləri isə sarı, çəhrayı qızıldan və ya platindən olacaq. Bərbəzəkli yeni qurğunun qiyməti 7,4 min dollar təşkil edəcək.


Bildirilir ki, daha dörd kolleksiya - "Classic”, "Deluxe”, "Omni” və "Ingot” qiymətli metal və daşlardan istifadə edilməklə düzəldiləcək. İstehsal xəttində ən bahalısı 250 qram qızıldan hazırlanan "iPhone X” olacaq. Onun qiyməti 69,9 min dollara çatacaq.


Qeyd edək ki, IT nəhəngi "Apple” şirkəti "iPhone X” smartfonunu sentyabrın 12-də təqdim edib. Modeldə blokdan çıxarılma üçün sifətin tanınması texnologiyası tətbiq olunub.

Xəbər lenti