Xəzər Xəbər

Ağstafada ət satışı məntəqəsində nöqsanlar aşkarlanıb

Region | 14:17 • 23 Yanvar 2021
Ağstafada ət satışı məntəqəsində nöqsanlar aşkarlanıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) müfəttişləri tərəfindən Ağstafa rayonu, Dağ Kəsəmən kəndində yerləşən, fiziki şəxs Salahov Zaur Kaloğlan oğluna məxsus ət satışı mağazasına baxış keçirilib.


AQTA-dan xezerxeber.az-a verilən məlumata görə, baxış zamanı mağazada tavanın tamlığının pozulduğu, ətlərin saxlanılması üçün temperatur rejiminə əməl olunmadığı, eyni zamanda baytarlıq-sanitariya və texniki normativ sənədlərin tələblərinə əməl olunmadığı müəyyən olunub. Məlum olub ki, mağazada sanitar qovşaq, mərkəzləşdirilmiş kanalizasiya və su təminatı sistemi mövcud deyil, havalandırma sistemi quraşdırılmayıb.


Məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib. Ət satışı məntəqəsinin fəaliyyəti ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.

Xəbər lenti