Xəzər Xəbər

Masallı rayonunda ev yanıb

Region | 13:27 • 21 Yanvar 2021
Masallı rayonunda ev yanıb

Masallı rayonunun Ərəb kəndində birmərtəbəli evdə yanğın baş verib.


Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, ümumi sahəsi 88 kvadratmetr olan evin 60 kvadratmetrlik hissəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.


Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti