Xəzər Xəbər

Şabranda qanunsuz ov edən şəxslər saxlanılıb

Region | 10:09 • 21 Yanvar 2021
Şabranda qanunsuz ov edən şəxslər saxlanılıb

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ov hallarının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir.


DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayon ərazisində A.Hüseynli və M.Qədirov qanunsuz ov etdiklərinə görə saxlanılaraq Polis Şöbəsinə gətirilib. Saxlanılan şəxslərdən ümumilikdə 10 ədəd çöl quşu və 2 ədəd ov tüfəngi götürülüb.


Faktla bağlı Şabran RPŞ-də araşdırma aparılır.

Xəbər lenti