Xəzər Xəbər

Oğuzda heyvanların kütləvi zəhərlənməsinin qarşısı alınıb

Region | 15:42 • 19 Sentyabr 2020
Oğuzda heyvanların kütləvi zəhərlənməsinin qarşısı alınıb

Oğuz rayonu Tərkeş kəndində heyvanların tələf olması ilə bağlı Aqrar Xidmətlər Agentliyinə (AXA) müraciət daxil olub.


Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, Aqrar Xidmətlər Agentliyinin nümayəndələri operativ reaksiya verərək hadisə baş verən təsərrüfatda olub, baytar mütəxəssisləri təsərrüfata baxış keçiriblər.


Ölmüş heyvanların daxili orqanlarından və möhtəviyyatından, ərazidəki ot bitkilərindən nümunələr götürələrək Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyasına göndərilib. Heyvanlara ilkin baytarlıq yardımından sonra zəhərlənmənin qarşısı alınıb.


Təsərrüfat sahiblərinə heyvanların saxlanılması və bəslənilməsinə dair tövsiyələr verilib.

Hazırda zəhərlənmiş heyvanların müalicəsi davam etdirilir. Təsərrüfatda vəziyyəti nəzarətdə saxlamaq üçün yerli baytar mütəxəsislər müvafiq tapşırıqlar alıblar.

Xəbər lenti