Xəzər Xəbər

Siyəzəndə yanğın baş verib, əraziyə 2 helikopter cəlb olunub

Region | 14:46 • 31 İyul 2020
 Siyəzəndə yanğın baş verib, əraziyə 2 helikopter cəlb olunub

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Siyəzən rayonunun Sədan kəndi yaxınlığında kol-kos və quru ot olan dağlıq və dağətəyi ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.


Xezerxeber.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri, Siyəzən Rayon İcra Hakimiyyətinin müvafiq qüvvələri yanğınsöndürmə işlərinə cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində təcili və təxirəsalınmaz tədbirlər davam etdirilir.


Əlavə məlumat veriləcək.

Xəbər lenti