Xəzər Xəbər

Lənkəranda çətənə yetişdirən şəxslər saxlanılıb

Region | 13:09 • 31 İyul 2020
Lənkəranda çətənə yetişdirən şəxslər saxlanılıb

Narkotik tərkibli bitkilərin becərilməsi ilə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb edilməsi istiqamətində uğurlu əməliyyat tədbirləri davam etdirilir.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik tərkibli çətənə bitkiləri yetişdirməkdə şübhəli bilinən Lənkəran rayonunun Vilvan kənd sakinləri T.Şükürov və E.Toqanov saxlanılıblar.


Onların Veravul kəndindəki boş torpaq sahələrindən birində kanalın içərisində aqrotexniki qulluq göstərməklə əkib-becərdikləri 80-150 santimetr hündürlüyündə, ümumi çəkisi 45 kiloqramdan çox olan 78 ədəd narkotik tərkibli çətənə kolu aşkar edilərək götürülüb.


Faktla bağlı araşdırmalar aparılır.

Xəbər lenti

Çox oxunanlar