Xəzər Xəbər

Düşmənin atəşi nəticəsində həlak olan Tovuz sakini dəfn edilib

Region | 19:39 • 14 İyul 2020
Düşmənin atəşi nəticəsində həlak olan Tovuz sakini dəfn edilib

İyulun 14-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində həlak olan Tovuz rayonunun Ağdam kənd sakini, 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlu bu gün torpağa tapşırılıb.


Mülki əhalini ağır silahlardan atəşə tutmaq erməni faşizminin və barbarlığının əyani təzahürüdür.


Bundan əvvəlki dövrdə də ermənilər yaşayış məntəqələrimizi davamlı şəkildə ağır silahlardan atəşə tutublar. Bunun nəticəsində mülki vətəndaşlar həlak olub, əhalinin təsərrüfatına, mülklərinə, yaşayış məntəqələrinin infrastrukturuna ciddi ziyan vurulub.

Xəbər lenti