Xəzər Xəbər

Ağcabədidə ikimərtəbəli evdə yanğın olub

Region | 09:55 • 7 İyul 2020
Ağcabədidə ikimərtəbəli evdə yanğın olub

Ağcabədi rayonunda ümumi sahəsi 170 m² olan ikimərtəbəli evdə yanğın baş verib.


Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, yanğın mətbəxdə soyuducunun alovlanması ilə başlayıb.


Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Ev yanğından mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti