Xəzər Xəbər

Beyləqan sakinləri Biləsuvarda narkotiklə tutuldular - FOTO

Region | 13:25 • 25 May 2020
Beyləqan sakinləri Biləsuvarda narkotiklə tutuldular -

Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbirləri nəticəsində 1 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Beyləqan rayon sakinləri Səyavuş Cuvarlı və əvvəllər məhkum olunmuş Tural Əliyev sonuncunun idarə etdiyi "Mercedes” markalı avtomobildə Biləsuvar rayonu ərazisində saxlanılıblar. Həmin avtomobilə keçirilən baxış zamanı oradan 1 kiloqram 155 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.


Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır

Xəbər lenti