Ağdamda bıçaqlanma hadisəsi baş verib.
Hadisə rayonun Mahrızlı kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1994-cü il təvəllüdlü Qəhrəmanov Mahir Tahir oğlu həmyerlisi, 1999-cu il təvəllüdlü Səmədov Eldəniz Qalib oğlu tərəfindən bıçaqlanıb. Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. E. Səmədov Ağdam Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır. (APA)