Xəzər Xəbər

Lerikdə 30-a yaxın ağacın kəsilməsi faktı ilə bağlı akt tərtib olunub

Region | 19:51 • 26 Mart 2020
Lerikdə 30-a yaxın ağacın kəsilməsi faktı ilə bağlı akt tərtib olunub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Lerik rayonunun Hamarmeşə kəndinin yaxınlığında Gurdasar meşəbəyiliyində ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. Nazirliyin yerli qurumlarının əməkdaşları şikayəti yerində araşdırıblar.

Nazirliyin Regional Ekologiya İdarəsinin rəisi Rafael Tahirov bildirib ki, həmin meşə sahəsinə keçirilən baxış zamanı 30-a yaxın ağacın kəsildiyi məlum olub. Faktla bağlı akt tərtib edilib: "Hazırda nazirliyin yerli qurumları və rayon polis şöbəsi tərəfindən təqsirkarların müəyyən olunması istiqamətində tədbirlər həyata keçirilir. Nəticə barədə əlavə məlumat veriləcək”.

İdarə rəisi ağacların kəsilməsi ilə bağlı nazirliyə məlumat verən təbiətsevərlərə minnətdarlığını bildirib, vətəndaşları təbiət düşmənlərinə qarşı birgə mübarizəni davam etdirməyə çağırıb.

Xəbər lenti