Xəzər Xəbər

Quba sakinində qanunsuz silah aşkar edilib

Region | 09:41 • 20 Yanvar 2020
Quba sakinində qanunsuz silah aşkar edilib

Quba rayon polis şöbəsinin Qonaqkənd polis bölməsinin əməkdaşları rayonun Təngəaltı kənd sakini, 39 yaşlı Rahib Fətullayevə məxsus fərdi yaşayış evindən bir ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edərək götürüblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

Xəbər lenti