Xəzər Xəbər

Yevlax xəstəxanasında yanğın baş verib

Region | 11:25 • 11 Dekabr 2019
Yevlax xəstəxanasında yanğın baş verib

Yevlax şəhər Mərkəzi Xəstəxanasında yanğın olub.


Bu barədə xezerxeber.az-a FHN-dən bildirilib. 


Xəbərə görə, xəstəxananın yerləşdiyi dördmərtəbəli binanın üçüncü mərtəbəsində şaxtadan keçən elektrik kabelləri 3 p.m yanıb. Yüksək temperaturdan 3-cü mərtəbənin tavanı 5 m² sahədə əriyib.


Yanğın zamanı 8 nəfər xəstə yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Binanın qalan hissəsi yanğından mühafizə olunub.


Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti