Xəzər Xəbər

Qusarda 15 yaşlı qız dəm qazından zəhərlənərək ölüb

Region | 17:08 • 8 Dekabr 2019
Qusarda 15 yaşlı qız dəm qazından zəhərlənərək ölüb

Bu gün Qusar rayonunda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.


Hadisə Qusar şəhəri, Sahil küçəsi, ev 30 ünvanında baş verib.


2004-cü il təvəllüdlü Niftəliyeva Yeva Vahid qızı yaşadıqları evin hamam otağında dəm qazından zəhərlənib. 15 yaşlı qız xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.


Faktla bağlı araşdırmalar davam etdirilir. (APA)

Xəbər lenti