Xəzər Xəbər

Ucar rayonunda ikimərtəbəli ev yanıb

Region | 16:54 • 19 Noyabr 2019
Ucar rayonunda ikimərtəbəli ev yanıb

Ucar rayonunda güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a bildiriblər ki, hadisə rayonun Gəraybəyli kəndində ümumi sahəsi 400 kvadratmetr olan ikimərtəbəli 6 otaqlı evdə qeydə alınıb. Nəticədə evin birinci mərtəbəsinin 200 kvadratmetri yanıb. Evin qalan hissəsi və talvar yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Xəbər lenti