Xəzər Xəbər

Ağsu aşırımında yük maşını aşıb, ölən və xəsarət alan var - FOTO - YENİLƏNİB

Region | 15:28 • 19 Noyabr 2019
Ağsu aşırımında yük maşını aşıb, ölən və xəsarət alan var -

Ağsu rayonunda yük avtomobilinin aşması nəticəsində xəsarət alan şəxslərdən biri dünyasını dəyişib.


Bakı-Şamaxı-Yevlax yolunun Ağsu aşırımından keçən hissəsində yük avtomobilinin aşması nəticəsində Qobu qəsəbə sakini, 1987-ci il təvəllüdlü Rüstəmov Tahir Kamil oğlu və Sumqayıt sakini, 1993-cü il təvəllüdlü Abdullayev Rasim Rüstəm oğlu xəsarətlə Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq Tahir Rüstəmov xəstəxanada dünyasını dəyişib.



13:42


Ağsu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə bu gün saat 12:30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Ağsu aşırımından keçən hissəsində qeydə alınıb. Yük avtomobilinin aşması nəticəsində iki nəfər ağır xəsarət alıb. Yaralılar Ağsu rayon Mərkəzi Xəstəxanasına aparılıb.


Faktla bağlı araşdırma aparılır. (APA)

Xəbər lenti