Xəzər Xəbər

Şəkidə oğurluq edən şəxslər saxlanılıblar

Region | 14:31 • 18 Noyabr 2019
Şəkidə oğurluq edən şəxslər saxlanılıblar

Noyabrın 16-da Şəki şəhər sakini Yusif Yusifov Daxili İşlər Nazirliyinin (DİN) "102” - Zəng Mərkəzi Xidməti ilə əlaqə saxlayaraq, atasına məxsus akkumulyator təmiri emalatxanasından yeni akkumulyatorların oğurlanması barədə məlumat verib.


DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, müraciət aidiyyəti üzrə Şəki Şəhər Rayon Polis Şöbəsinə yönləndirilib.


Daxil olmuş müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Zərərçəkmişə məxsus emalatxanadan 5 ədəd akkumulyatorun oğurlandığı müəyyən edilib.


Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin oğurluq hadisəsini törədən şəxslərin Şəki şəhər sakinləri Nicat Salmanov, Elvin Həmidli və bir yeniyetmə olduğu müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıblar. Dindirilmə zamanı onlar törətdikləri cinayət əməlini etiraf ediblər və oğurladıqları akkumulyatorlar onlardan maddi sübut kimi götürülüb.


Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.

Xəbər lenti