Xəzər Xəbər

Mingəçevirdə usta təmir etdiyi evdə naməlum şəraitdə ölüb

Region | 16:48 • 16 Noyabr 2019
Mingəçevirdə usta təmir etdiyi evdə naməlum şəraitdə ölüb

Mingəçevirdə təmir işləri ilə məşğul olan usta çalışdığı evdə ölüb.


APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Cəmil Əliyev küçəsində yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş verib. Belə ki, həmin ünvanda təmir işləri həyata keçirən zaman Ağdaş rayon sakini olduğu deyilən, 1954-cü il təvəllüdlü Abbasov Məhəmməd Həsrət oğlu naməlum şəraitdə ölüb.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti