Xəzər Xəbər

Gəncədə valyutadəyişmə məntəqəsinin işçisi öldürülüb

Region | 10:09 • 11 Noyabr 2019
Gəncədə valyutadəyişmə məntəqəsinin işçisi öldürülüb

Gəncədə qətl törədilib.


Hadisə şəhərin Üzeyir Hacıbəyli küçəsində qeydə alınıb. 1989-cu il təvəllüdlü Əliyev Mirağa İlqar oğlu küçədə bıçaqlanaraq öldürülüb. Hadisənin kimin tərəfindən törədildiyi hələlik məlum deyil.


M.Əliyev şəhərdə fəaliyyət göstərən valyutadəyişmə məntəqələrindən birində işləyib.

Faktla bağlıaraşdırma aparılır. (APA)

Xəbər lenti