Xəzər Xəbər

Tovuzda mikroavtobus minik avtomobili ilə toqquşub, ölən və yaralananlar var

Region | 18:03 • 23 Oktyabr 2019
Tovuzda mikroavtobus minik avtomobili ilə toqquşub, ölən və yaralananlar var

Tovuzda ölümlə nəticələn ağır yol qəzası baş verib.


Hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb. Kəndlərarası marşrut xətti ilə hərəkətdə olan "QAZel” markalı mikroavtobus "VAZ-2107” markalı minik maşını ilə toqquşub. Qəza nəticəsində minik avtomobilində olan sərnişin İsmət Qarayev aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Daha iki nəfər - 2005-ci il təvəllüdlü Məmmədova Sunay Məqsəd qızı və 1997-ci il təvəllüdlü Ağayev Qədim Nüsrət oğlu xəsarətlə xəstəxanaya yerləşdiriliblər.


Faktla bağlı araşdırma aparılır. (APA)

Xəbər lenti