Xəzər Xəbər

Saatlıda dörd nəfərə qarşı dələduzluq edilib

Region | 18:30 • 21 Oktyabr 2019
Saatlıda dörd nəfərə qarşı dələduzluq edilib

Saatlı rayonunda dələduzluq etdiyinə görə tutulmuş şəxsin digər cinayətləri də müəyyənləşib.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, dələduzluq etdiyinə görə tutulmuş N.Ağayevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə həmin şəxsin 2018-ci ilin avqustundan cari ilin mart ayınadək olan müddətdə Saatlı rayon sakinləri olan daha dörd nəfəri aldadıb onlardan ümumilikdə 8700 manat alması da məlum olub.


Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti