Xəzər Xəbər

Şirvanda mikroavtobus minik avtomobili ilə toqquşub, ölən var - FOTO

Region | 15:49 • 17 Oktyabr 2019
Şirvanda mikroavtobus minik avtomobili ilə toqquşub, ölən var -

Şirvanda ağır yol qəzası baş verib.


Hadisə Şirvan-Sabirabad yolunda qeydə alınıb. "Mercedes” markalı, 18 BX 708 dövlət nömrə nişanlı mikroavtobus "VAZ-21014” markalı, 18 BX 577 dövlət nömrə nişanlı avtomobillə toqquşub.


Qəza nəticəsində minik avtomobilinin sürücüsü hadisə yerindəcə keçinib. Mikroavtobusun sürücüsü isə xəsarətlə xəstəxanaya yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır. (APA)

Xəbər lenti