Xəzər Xəbər

Gəncədə yolu keçən üç qadını maşın vurub

Region | 15:18 • 14 Oktyabr 2019
Gəncədə yolu keçən üç qadını maşın vurub

Gəncədə piyadaların vurulması ilə nəticələnən yol qəzası baş verib.


Hadisə şəhərin Xətai prospektində qeydə alınıb. "Mercedes” markalı maşın yolu keçmək istəyən piyadalar – 1995-ci il təvəllüdlü Poladova Leyla Faiq qızı, 1995-ci il təvəllüdlü Rzayeva Zeynəb Canpolad qızı və 1978-ci il təvəllüdlü Əlirzayeva İlhamə Məzahir qızını vurub. Hər üç piyada xəstəxanaya yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır. (APA)

Xəbər lenti