Xəzər Xəbər

Zaqatalada canavarlar fermaya hücum edib, 40 qoyunu parçalayıb

Region | 09:18 • 14 Oktyabr 2019
Zaqatalada canavarlar fermaya hücum edib, 40 qoyunu parçalayıb

Zaqatalada canavarlar xırdabuynuzlu heyvanların saxlanıldığı fermaya hücum edib.


Hadisə rayonun Kəpənəkçi kəndində örüş yerindəki fermada baş verib.


Kənd sakinləri Abducəlil Abdurahmanov, Yusif İsayev və Sahib Qurbanovun birgə təsərrüfatına hücum edən yırtıcılar ümumilikdə 160 baş xırdabuynuzlu heyvandan 40-nı parçalayıb. Təsərrüfat sahiblərinin dediyinə görə, qısa müddətə fermadan evlərinə gəlmələrini fürsət bilən canavarlar qoyun sürüsünə hücum edib. 13 baş heyvanı yerindəcə öldürən canavarlar 30-a yaxınını yaralayıb.


Hadisə ilə bağlı baytar nəzarət xidmətinin əməkdaşlarına məlumat verilib. Xidmətin əməkdaşlarının nəzarəti aldında ölmüş heyvanlar basdırılıb və yaralanmış heyvanlara lazımi dava-dərman verilib. (APA)

Xəbər lenti