Xəzər Xəbər

İsmayıllıda ayı kəndə hücum edib, yaralı var

Region | 12:14 • 15 Sentyabr 2019
İsmayıllıda ayı kəndə hücum edib, yaralı var

İsmayıllı rayonunda ayı kəndə hücum edib.


"Qafqazinfo” xəbər verir ki, hadisə Xanagah kəndində baş verib. Kənd sakini, 1950-ci il təvəllüdlü Rəsulov İsmayıl Yaqub oğlu kəndə girən ayının hücumuna məruz qalıb. Özünü müdafiə edərək ayıdan canını qutaran İ.Rəsulov əl və üz nahiyyəsindən xəsarət alıb. Yaralı rayon mərkəzi xəstəxanasına çatdırılıb.


Xəbər lenti