Xəzər Xəbər

Meşəyə moruq yığmağa gedən Quba sakini bədbəxt hadisə nəticəsində ölüb

Region | 10:16 • 26 Avqust 2019
Meşəyə moruq yığmağa gedən Quba sakini bədbəxt hadisə nəticəsində ölüb

Quba rayonunda bir nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.


Rayonun Suxtakələ kənd sakini Nəsirov Sahib Nüsrəddin oğlu avqustun 25-i saat 15:00 radələrində meşəyə moruq yığmağa getdikdən sonra geri qayıtmayıb.


57 yaşlı S.Nəsirovun axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzinin axtarış-xilasetmə qüvvələri cəlb olunub. Axtarışlar nəticəsində Sahib Nəsirovun meyiti bu gün səhər saatlarında meşəlik ərazidə aşkarlanıb. Məlum olub ki, mərhum üzərinə ağac aşması nəticəsində ölüb.


Faktla bağlı araşdırma aparılır. (AZƏRTAC)


Xəbər lenti