Xəzər Xəbər

Şabranda yaşayış binası yanıb, 3 nəfər tüstüdən zəhərlənib - FOTO

Region | 12:34 • 20 Avqust 2019
Şabranda yaşayış binası yanıb, 3 nəfər tüstüdən zəhərlənib -

Avqustun 20-də Şabran şəhərində dördmərtəbəli yaşayış binasının elektrik şəbəkəsində baş verən yanğın nəticəsində 3 nəfər tüstüdən zəhərlənib.


Yanğın nəticəsində binanı qatı tüstü bürüdüyündən sakinlər dərhal təxliyə olunub.


Hadisə yerinə Şabran Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi, eləcə də Şabran Rayon Mərkəzi Xəstəxanasının təcili-tibbi yardım briqadaları cəlb edilib.


Tüstüdən zəhərlənən sakinlər Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və onlara müvafiq tibbi yardım göstərilib.


Yanğın söndürülüb. (AZƏRTAC)

Xəbər lenti