Xəzər Xəbər

Tərtərdə 6 yaşlı oğlanı maşın vuraraq öldürüb

Region | 11:48 • 19 Avqust 2019
Tərtərdə 6 yaşlı oğlanı maşın vuraraq öldürüb

Avqustun 17-də saat 17 radələrində Tərtər rayonu ərazisində şəhər sakini M.Abdullayev idarə etdiyi "Opel” markalı avtomobillə yolu keçən 6 yaşlı Pünhan Sadıqovu vurub.


Daxili İşlər Nazirliyindən verilən məlumata görə, piyada xəstəxanaya aparılarkən yolda ölüb.


Tərtər RPŞ tərəfindən araşdırma aparılır.


Xəbər lenti