Xəzər Xəbər

FHN: Qubada baş verən yanğının söndürülməsi işləri davam etdirilir

Region | 11:54 • 19 Avqust 2019
FHN: Qubada baş verən yanğının söndürülməsi işləri davam etdirilir

Fövqəladə Hallar Nazirliyi (FHN) Qubada baş verən yanğınla bağlı məlumat yayıb.


FHN-dən bildiriblər ki, nazirliyin 112 - qaynar telefon xəttinə Quba rayonunun İdrisli kəndi yaxınlığında quru ot və kol-kosun yanması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.


Əlavə məlumat veriləcək.

Xəbər lenti