Xəzər Xəbər

Zaqatalada keçmiş məhkum 42 yaşlı kişini qətlə yetirib - FOTO

Region | 11:39 • 16 Avqust 2019
Zaqatalada keçmiş məhkum 42 yaşlı kişini qətlə yetirib -

Zaqatalada baş verən qətl hadisəsi ilə bağlı cinayət işi başlanıb.


Xəbərə görə, faktla bağlı Zaqatala rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.


Bəzi iddialara görə, Telman Hacıyev bir neçə nəfər tərəfindən döyülərək öldürülüb. Bu iddialar istintaq orqanı tərəfindən araşdırlır.


***


15 avqust, saat 09:28


Zaqatalada keçmiş məhkum 42 yaşlı kişini qətlə yetirib.


Hadisə avqustun 14-dən 15-ə keçən gecə rayonun Kəpənəkçi kənd inzibati ərazisində baş verib. Belə ki, rayonun Qandax kənd sakini, 1982-ci il təvəllüdlü Kərim Bəhram oğlu Kərimovla rayonun Kəpənəkçi kənd sakini Telman Hacı oğlu Hacıyev arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib. Mübahisə zamanı K. Kərimov T. Hacıyevin baş nahiyəsinə vurub. T. Hacıyev aldığı xəsarətdən hadisə yerində ölüb.


Hadisəni törətməkdə şübhəli sayılan K. Kərimov saxlanılıb. Məlumatda bildirilir ki, K. Kərimov əvvəllər Rusiya Fedarasiyasında cinayət törətdiyinə görə məhkum edilib.


Meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Zaqatala rayon şöbəsinə verilib.


Faktla bağlı Zaqatala rayon Prokurorluğunda cinayət işi başlayıb. (APA)

Xəbər lenti