Xəzər Xəbər

Lerikdə yol qəzası - üç nəfər yaralanıb

Region | 16:58 • 14 Avqust 2019
Lerikdə yol qəzası -

Lerikə istirahətə gələn Bakı sakininin avtomobili dərəyə aşıb.


Xezerxeber.az xəbər verir ki, Bakı şəhər sakini, 1965-ci il təvəllüdlü Babəli Məhərrəmovun idarə etdiyi "Lexus” markalı minik avtomobili dağlıq ərazidə yoldan çıxaraq dərəyə aşıb.


Yol-nəqliyyat hadisəsi zamanı sürücü və avtomobildə olan sərnişinlər - 2004-cü il təvəllüdlü Seyidəli Məhərrəmov və 2000-ci il təvəllüdlü Müseyib Cahangirov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.


Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyəti daha ağır olan sürücü xəstəxananın reanimasiya, sərnişinlər isə travmatologiya şöbəsinə yerləşdiriliblər.


Faktla bağlı araşdırmalar aparılır.

Xəbər lenti