Şirvanda binada yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, ümumi sahəsi 400 m² olan birmərtəbəli binanın (fəaliyyət göstərmir) dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.