Xəzər Xəbər

Qaradağda ev yanıb

Region | 15:27 • 20 İyul 2019
Qaradağda ev yanıb

Qaradağ rayonunda ikimərtəbəli ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, rayonda ümümi sahəsi 180 m² olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın dam örtüyünün, tavanının yanar konstruksiyaları 25 m² sahədə və ev əşyaları qismən yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti