Xəzər Xəbər

Hacıqabulda ziyarətə gedənlər avtoqəzaya uğrayıb

Region | 14:11 • 20 İyul 2019
Hacıqabulda ziyarətə gedənlər avtoqəzaya uğrayıb

Hacıqabul rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə Hacıqabul rayonunun Qubalı-Baloğlan kəndi ərazisində baş verib. "Toyota Prado” markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində 4 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Şirvan şəhər xəstəxanasına aparılıb.


Qeyd edilir ki, avtomobildə olanlar "Pir Hüseyn” xanəgahına ziyarətə gedərkən qəzaya uğrayıblar.


Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində araşdırma aparılır. (APA)

Xəbər lenti