Xəzər Xəbər

Şəmkirdə istifadəyə yararsız ət aşkar edilib - FOTO

Region | 13:46 • 17 İyul 2019
Şəmkirdə istifadəyə yararsız ət aşkar edilib -

Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumların əməkdaşları daxil olan məlumat əsasında iyulun 17-i gecə saat 2 radələrində Şəmkir rayonunun Sabirkənd kəndində məskunlaşan Sadiqov Elşad Vəli oğlunun həyətyanı sahəsinə baxış keçirilblər.

Baxış zamanı vətəndaş Elşad Sadiqovun həyətyanı sahəsində satış məqsədi ilə aqoniya vəziyyətdə kəsilmiş və çəkisi 210 kiloqram olan iribuynuzlu heyvan cəmdəyi aşkar edilib. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aşkarlanmış heyvan cəmdəyi müsadirə edilərək götürülüb və xüsusi soyuducu saxlanma kamerasına yerləşdirilib.

Heyvan cəmdəyindən nümunələr götürülərək ekspertizadan keçirilməsi üçün Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib.

Xəbər lenti