Xəzər Xəbər

FHN Sabirabadın mərkəzi bazarında yanğınla bağlı məlumat yayıb

Region | 09:15 • 16 İyul 2019
FHN Sabirabadın mərkəzi bazarında yanğınla bağlı məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi Sabirabad mərkəzi bazarında baş verən yanğınla bağlı məlumat yayıb.


Xezerxeber.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, 16.07.2019-cu il tarixində səhər saatlarında Fövqəladə Hallar Nazirliyinə Sabirabad şəhərində Mərkəzi bazarın ərazisində yanğın olması barədə məlumat daxil olub.


İlkin məlumata əsasən, yanğın nəticəsində bazarın ərazisində iki mağaza və piştaxtalar 1300 m2 sahədə yanıb.


Yanğının söndürülməsinə Dövlət Yanğından Mühafizə Xidmətinin 11 texnikası cəlb edilib.


Yanğın saat 08:02 dəqiqədə yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Bitişik mağazalar və bazarın qalan ərazisi yanğından mühafizə olunub.


Əlavə məlumat veriləcək.

Xəbər lenti