Xəzər Xəbər

Qubada bir ailənin 5 üzvü qidadan zəhərlənib

Region | 14:45 • 15 İyul 2019
Qubada bir ailənin 5 üzvü qidadan zəhərlənib

Quba rayonunda qidadan zəhərlənmə faktı qeydə alınıb.


APA-nın şimal bürosunun verdiyi məlumata görə, rayonun Dəlləkli kənd sakini olan 5 nəfər Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.


Onlar 1952-ci il təvəllüdlü Zöhrə Hüseynova, 2008-ci il təvəllüdlü Bilal Ömərov, 2011-ci il təvəllüdlü Bayram Ömərov, 1987-ci il təvəllüdlü Mavigül Ömərova və 1988-ci il təvəllüdlü Rəsul Ömərovdur. Quba MRX-dan APA-nın yerli bürosuna verilən məlumata görə, xəstələrin vəziyyəti stabildir və sabah evə buraxılacaqlar.

Xəbər lenti