Xəzər Xəbər

Beyləqanda 146 məcburi köçkün ailəsi üçün yeni qəsəbənin inşası yekunlaşıb - FOTO

Region | 11:16 • 15 İyul 2019
Beyləqanda 146 məcburi köçkün ailəsi üçün yeni qəsəbənin inşası yekunlaşıb -

Beyləqan rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri olan yeni qəsəbənin inşası yekunlaşıb.


Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun texniki nəzarətçisi Sədrəddin Ağayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, sahəsi 30 hektar olan qəsəbədə 146 birmərtəbəli fərdi yaşayış evi, 150 şagird yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi və inzibati bina inşa edilib. Bütün sosial obyektlər müasir tələblərə cavab verən avadanlıqlarla təmin edilib.


Qəsəbədəki mənzillərin 12-si birotaqlı, 73-ü ikiotaqlı, 54-ü üçotaqlı, 7-si dördotaqlıdır. Bütün lazımi şəraitin yaradıldığı evlərin hər birinin 12 sot həyətyanı sahəsi var.


Qəsəbədə infrastruktur işləri də həyata keçirilib. Hər biri 300 kubmetr olan iki içməli su anbarı inşa edilib, iki subartezian quyusu qazılıb, 6 elektrik yarımstansiyası, yağış sularının axıdılması üçün arxlar tikilib. Qəsəbədə içməli su, qaz, eklektik xətlərinin çəkilməsi də yekunlaşıb. Qəsəbədaxili yollara asfalt örtük salınıb, abadlıq və yaşıllaşdırma işləri aparılıb.

Xəbər lenti