Xəzər Xəbər

Yevlaxda narkotik becərən şəxs saxlanılıb - FOTO

Region | 11:54 • 25 May 2019
Yevlaxda narkotik becərən şəxs saxlanılıb -

Yevlaxda çətənə bitkisi yetişdirən şəxs saxlanılıb.


DİN Mətbuat xidmətinin Bərdə regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, Yevlax rayon Polis şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi və bu qanunsuz fəaliyyətlə məşğul olan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində uğurlu əməliyyyat tədbiri keçirilib.


"Xaş-xaş-2019” şərti adlı kompleks əməliyyat-axtarış və proflaktik tədbirlər planına uyğun olaraq çətənə bitkisi yetişdirməkdə şübhəli bilinən şəhər sakini Vüsal Vəliyev saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman evin həyətində aqrotexniki qaydada qulluq etdiyi 3-16 santimetr uzunluqda 40 ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülüb.


Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti