Xəzər Xəbər

Sabirabadda 49 yaşlı kişi su kanalında boğulub - YENİLƏNİB

Region | 11:45 • 24 May 2019
Sabirabadda 49 yaşlı kişi su kanalında boğulub -

Sabirabadda balıq tutarkən ölən şəxsin suda boğulduğu məlum olub.


Elmir Əliyevin balıq tutarkən kanala düşdüyü və nəticədə suda boğularaq öldüyü müəyyənləşib.


Faktla bağlı araşdırma aparılır.


***


23 may, saat 22:30


Sabirabad rayonunun Zəngənə kəndində su kanalının sahilində yerli sakin, 1970-ci il təvvəllüdlü Əliyev Elmir Əlim oğlu balıq tutarkən ölüb.


Mərhumun meyiti rayon morquna gətirilib.


Onun ölüm səbəbi barədə məlumat verilməyib.


Hadisə ilə bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır. (ONA)

Xəbər lenti