Xəzər Xəbər

Kürdəmirdə ata avtomobillə azyaşlı qızını vuraraq öldürüb

Region | 15:17 • 20 May 2019
Kürdəmirdə ata avtomobillə azyaşlı qızını vuraraq öldürüb

Kürdəmir rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a verilən xəbərə görə, Kürdəmir rayonunun Xırdapay kənd sakini N.Nərimanov evinin həyətindən "Mercedes” markalı avtomobillə çıxarkən darvazanın yaxınlığında dayanmış qızı, 2 yaşlı Zəhranı vurub. Nəticədə uşaq hadisə yerində ölüb.


Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti