Xəzər Xəbər

Lerikdə evdən 5 min manat oğurlanıb

Region | 13:36 • 24 Aprel 2019
Lerikdə evdən 5 min manat oğurlanıb

Oğurluqda şübhəli bilinən Lerik şəhər sakini tutulub.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 5000 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakini A.Yaqubov saxlanılıb.


Faktla bağlı araşdırma gedir.

Xəbər lenti